Logo

Zaur Ustacın yeni kitabı işıq üzü görüb

05.02.2024 12:03 260 baxış
IMG

Tanınmış şair, “Yazarlar” jurnalının baş redaktoru Zaur Ustacın müxtəlif illərdə yazdığı şeirlərdən ibarət “Sevgi dolu şeirlər” adlı kitab işıq üzü görüb.

Tehsil.biz xəbər verir ki, kitab nəfis tərtibatla “Zaur Ustac – 50” yubiley tədbirləri çərçivəsində nəşr olunaraq geniş oxucu kütləsinə təqdim olunub.

Filologiya elmləri doktoru, professor Vaqif Yusiflinin “Ön söz”ü ilə başlayan kitabın redaktoru Günnur Ağayeva, rəssamı isə Natiq Nəcəfzadədir. Professor Vaqif Yusifli Zaur Ustacın sevgi şeirləri haqqında belə yazır: “...Zaur Ustac sevgi şeirlərində yaşanılan, duyulan hissləri qələmə alır...”

Kitabda toplanmış müəllifin təxminən bir qərinə zaman kəsiyi ərzində qələmə aldığı nəzm nümunələri müasir Azərbaycan poeziyasının ən tanınınmış görkəmli nümayəndələrindən biri olan Zaur Ustacın yaradıcılıq prinsiplərini, estetik görüşlərini, bədii dillə ifadə etdiyi aksioloji dəyərlər sistemini təbliğ və təhlil etmək nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir.

Kitabın satışından əldə olunacaq gəlir “Yazarlar” jurnalı tərəfindən gənc yazarlara dəstək məqsədilə vaxtaşırı keçirilən sosial layihələrə sərf olunacaq.

Xəbər lenti