Logo

UNEC Çində keçirilən ümumdünya konfransında təmsil olunub - FOTO

05.02.2024 14:37 299 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Çin Xalq Respublikasının Təhsil Nazirliyi tərəfindən Şanxay şəhərində təşkil olunan “Rəqəmsal təhsil: tətbiq, birgə istifadə və innovasiya” mövzusunda ümumdünya konfransında təmsil olunub.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, 80-dən çox ölkə və regiondan olan nümayəndələr təhsilin rəqəmsal transformasiyası üzrə ən son siyasətlərini və effektiv təcrübələrini bölüşüblər.

Konfransda rəqəmsallaşma üzrə prorektor Raqif Qasımov və UNEC Biznes Məktəbinin direktoru dosent Nazim Hacıyev iştirak edib.

Xəbər lenti