Yanvarın 29-da Masallı şəhər R.Əlihəsənov adına 1 nömrəli və Masallı şəhər S.Tağıyev adına 4 nömrəli tam orta məktəblərdə ötən il setifikatlaşdırma imtahanlarında uğur qazana bilməyən Azərbaycan dili və ibtidai sinif müəllimləri üçün təlimlər keçirilib.
Tehsil.biz xəbər verir ki, təlimlər zamanı müəllimlərə İKT ilə işləmək və onlardan düzgün istifadə etmək bacarıqları barədə məlumat verilib.
Eyni zamanda növbəti mərhələdə həmin müəllimlərin ixtisas və metodika üzrə təlimlərə cəlb olunması nəzərdə tutulub.
Qeyd edək ki, təlimlər bu sahədə təcrübəsi olan və sertifikatlaşdırma imtahanlarında yüksək nəticələr göstərmiş peşəkar müəllimlər tərəfindən keçirilir.