Logo

BDU ilə Qazaxıstanın Atırau Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb

06.02.2024 09:59 342 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) ilə Qazaxıstanın X. Dosmuxamedov adına Atırau Dövlət Universiteti arasında anlaşma memorandumu imzalanıb. Memorandumu BDU-nun rektoru Elçin Babayev və X. Dosmuxamedov adına Atırau Dövlət Universitetinin rektoru Salamat İdrissov imzalayıb.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, memorandum çərçivəsində bakalavr, magistr, tədqiqatçıların və akademik heyətin mübadiləsi nəzərdə tutulur.

Əsası 1950-ci ildə qoyulmuş Atırau Dövlət Universitetində müxtəlif ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir.

Xəbər lenti