Logo

Xəzər Universitetində ingilis dilində danışıq sessiyaları

06.04.2021 12:44 401 baxış
IMG

Xəzər Universiteti Təlim və Tədris Mərkəzi tərəfindən ingilis dilində növbəti danışıq sessiyaları keçirilib.

 

Universitetdən bildirilib ki, xarici tələbələri Ranmalie Amunarava və Nora Al-Şinnayin tərəfindən MS TEAMS vasitəsilə keçirilən sessiyada 12 tələbə iştirak edib.

 

Tələbələrin ingilis dilində danışıq bacarıqlarını inkişaf etdirmək məqsədilə təşkil olunan danışıq sessiyalarında “Konfliktlər”, “Uşaqlıq illəri”, “İdman və sağlamlıq” və s. mövzular dinlənilib.

Xəbər lenti