Logo

Bakı Ali Neft Məktəbinin müəllimləri yeni elmi-tədqiqat işi aparıblar - FOTO

06.02.2024 15:16 337 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının professoru Fuad Vəliyev (elmi rəhbər) və baş müəllim, doktorant Aidə Aslanova “Mikroçatlarda mayelərin hərəkətinin elektrokinetik tənzimlənməsi” mövzusunda elmi-tədqiqat işi aparıblar. 

Bu barədə "Tehsil.biz"ə BANM-dən məlumat verilib. 

“Mikroçatlarda su axınının qeyri-Nyuton xarakterinin reofizik analizi” (A rheophysical study of the non-newtonian behavior of water flow in thin channels) adlı məqalədə həmin elmi-tədqiqat işindən bəhs edilir. Məqalə Estoniyanın “Scopus” bazasında indeksləşdirilmiş yüksək reytinqə malik “EUREKA: Physics and Engineering” jurnalının 2024-cü il üzrə ilk nömrəsində dərc olunub.

Xəbər lenti