Mədəniyyət paytaxtımız Şuşa növbədənkənar prezident seçkisinə hazırdır.
Tehsil.biz xəbər verir ki, bu barədə görüntülər “AZTV Xəbər”in efirində yayımlanıb.
Belə ki, 24 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd dairə seçki komissiyasının azad edilən Şuşa şəhərində yeni yaradılan 105 saylı seçki məntəqəsində 1189 nəfər seçici səs verəcək.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləridir.