Logo

“Rezidentura” xüsusi buraxılışının 1-ci nömrəsi nəşr edilib

08.02.2024 11:14 226 baxış
IMG

Dövlət İmtahan Mərkəzi “Rezidentura” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, bu nömrədə Azərbaycanda rezidenturaya qəbul qaydaları, rezidentura üzrə ixtisas seçimi cədvəli, baza fənləri üzrə qəbul proqramları, qəbul imtahanında istifadə olunmuş bəzi test tapşırıqlarının izahı və tövsiyələr, test tapşırığı nümunələri və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalları kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.

Xəbər lenti