Logo

Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert keçirilib - FOTO

08.02.2024 12:18 303 baxış
IMG

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində dahi Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert keçirilib.

Tehsil.biz xəbər verir ki, konsertdən əvvəl musiqişünas Aysel Kərim bəstəkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verib.

Xalq artisti, bədii rəhbər və baş dirijor Fəxrəddin Kərimovun rəhbərliyi, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə Əməkdar artist Fəridə Məmmədova öz ifasını dinləyicilərə təqdim edib.

Konsertdə bəstəkarın əsərləri səsləndirilib.

Xəbər lenti