Logo

Qarabağ Universitetində neçə nəfər işləyəcək?

08.02.2024 18:38 377 baxış
IMG

"İlkin mərhələdə Qarabağ Universitetində 70 nəfərin işləyəcəyi nəzərdə tutulub".

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bunun böyük bir hissəsi akademik heyət olacaq:

"Əsas məqsədimiz universitetdə müasir akademik biliklərə malik olan şəxslərin çalışmalarını təmin etməkdir. Hazırda müxtəlif variantlar müzakirə olunur. Eyni zamanda, nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsində təhsil alan azərbaycanlıların da pedaqoji heyət kimi bu təhsil müəssisəsinə cəlb olunması nəzərdə tutulub. Bu istiqamətdə də müzakirələr aparılır".

Mərcanə Əsədova

Xəbər lenti