Logo

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları təsdiq edilib

08.02.2024 20:14 310 baxış
IMG

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov “Sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

Tehsil.biz xəbər verir ki, təsdiq olunmuş standartlarda sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili üçün xüsusi təhsilin dövlət standartları, xüsusi təhsilin məzmunu, onun idarə olunması, maddi-texniki və tədris bazası, xüsusi təhsilin infrastrukturu, xüsusi təhsildə təhsilverənlərin keyfiyyət göstəriciləri, xüsusi təhsilin təşkili, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi əks olunub.

Qərarda qeyd olunur ki, dərsdənkənar məşğələ saatlarının miqdarı həftəlik dərs saatlarının maksimal miqdarının 20 faizindən çox ola bilməz.

Zəruri hallarda dərsdənkənar məşğələ saatlarından fənnin (fənlərin) tədrisinə ayrıla bilər.

Xəbər lenti