Logo

AMEA Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsində növbəti seminar-məşğələ keçirilib - FOTO

08.02.2024 21:15 139 baxış
IMG

Fevralın 8-də AMEA-nın Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsində 2024-cü ilin Mülki müdafiə üzrə tədbirlər planına uyğun olaraq, növbəti seminar-məşğələ keçirilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Seminar-məşğələyə AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki müdafiə qərargah rəisləri cəlb ediliblər.

Seminar-məşğələni giriş sözü ilə açan şöbənin rəisi Oqtay Fərzəliyev gündəlikdə duran məsələlər barədə məlumat verib. Əsas diqqəti AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən imzalanmış 5 dekabr 2023-cü il tarixli AMEA Rəyasət Heyətinin sərəncamından irəli gələn tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə yönəldilməsini bir daha vurğulayıb.

Daha sonra Oqtay Fərzəlyev 1 Mart - Beynəlxalq Mülki Müdafiə Gününün keçirilməsi üçün hazırlıq işlərinin aparılması məsələlərini də diqqətə çatdırıb.

Şöbə müdiri AMEA-nın elmi müəssisə və təşkilatlarında olan Mülki Müdafiə əmlaklarının yenilənməsi istiqamətində işlərin aparılmasının vacibliyini də qeyd edib.

Sonda normativ hüquqi aktlarla, sənədlərin qanunvericiliyin tələblərinə uyğun icra olunması haqqında məlumat verilib.

Xəbər lenti