Logo

Aqrar Universitetin 17 tələbəsi xaricdə təhsil alacaq

08.02.2024 21:52 112 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Erasmus+ proqramı çərçivəsində Avropanın müxtəlif ölkələrində bir semestr təhsil alacaq və təcrübə keçəcək bir qrup tələbə və onların valideynləri ilə görüş keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADAU-dan məlumat verilib.

Bildirilib ki, görüşdə çıxış edən Universitetin rektoru Zəfər Qurbanov deyib ki, cari ildə ADAU-nun 17 tələbəsi Erasmus+ proqramı çərçivəsində Avropanın müxtəlif ölkələrində həm təhsil almaq, həm də təcrübə keçmək imkanı əldə edəcəklər. Bildirilib ki, xaricdə təhsilin ən böyük üstünlüklərindən biri xarici dil biliklərini daha da təkmilləşdirməkdir. Z.Qurbanov xaricdə təhsil alan hər bir tələbənin ölkənin təmsilçisi olduğunu diqqətə çatdıraraq onlara öz tövsiyələrini verib.

Həmçinin, görüşdə valideynlərin fikirləri dinlənilib, sualları cavablandırılıb. Bildirilib ki, tələbələr xaricdə təhsil aldığı müddətdə həm universitetin, həm də ailələrinin etimadını layiqincə doğruldacaqlar.

Xəbər lenti