Logo

İranda tələbə və professorlara basqılar yenidən artıb

09.02.2024 00:16 166 baxış
IMG

İran universitetlərində tədris ilinin ikinci semestrinin başlaması ərəfəsində hökumətin təhlükəsizlik və kəşfiyyat qurumlarının öyrənci və professorlara basqıları daha da güclənib.

Tehsil.biz xəbər verir ki, bu barədə "Azad İran" məlumat paylaşıb.

"İran Tələbə Həmkarlar İttifaqının məlumatına görə, Tehranda yerləşən Surə Universitetinin 5 öyrəncisi təhsildən uzaqlaşdırılıb.

Bildirilir ki, tələbələr universitetin nizam-intizam komitəsindən yalnız telefon zəngi alaraq təhsildən məhrum edildiklərindən xəbardar ediliblər.

Qeyd olunub ki, yalnız son iki ildə İran universitetlərindən 60-dan çox professor qovulub. Bu universitetlər arasında Tehran Tibb Elmləri Universiteti ilk sırada yerləşir", - məlumatda yer alıb.

Xəbər lenti