Logo

Texnologiya Universitetində üçtərəfli görüş keçirilib

09.02.2024 09:33 131 baxış
IMG

Azərbaycan Texnologiya Universiteti (ATU) ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “Nokia” Azərbaycan şirkəti arasında görüş keçirilib.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

Bildirilib ki, İRİA-nın təşəbbüsü ilə baş tutan üçtərəfli görüşdə ATU-nu rektor vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov, tədris işləri üzrə prorektor Raqif Hüseynov, strateji məsələlər və rəqəmsallaşma işləri üzrə müşavir Mehman Kərimov, avtomatika, telekommunikasiya və informatika fakültəsinin dekanı Rövşən Hacıyev, İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev, İRİA-nı şöbə müdiri Orxan İsmayılov, layihə meneceri Gülnar Mirhüseynova, baş mütəxəssis Püstə Qasımova, "Nokia" şikətini isə satış müdiri Hilal Əfrasiyabov və menecer Elçin Məmmədov təmsil edib.

Görüşdə birgə əməkdaşlıq məsələlərinin mövcud vəziyyəti və görüləcək işlər müzakirə edilib, ATU-da qurulacaq laboratoriya haqqında danışılıb, bundan başqa "Nokia" Azərbaycan şirkəti ilə əməkdaşlıq memorandumunun imzalanması haqqında razılıq əldə edilib.

Xəbər lenti