Logo

Qafqazşünaslıq İnstitutunda Naxçıvan MR-nin 100 illik yubileyi ilə bağlı dəyirmi masa keçirilib

09.02.2024 09:48 169 baxış
IMG

Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamına və AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli qərarına əsasən AMEA-nın Qafqazşünaslıq İnstitutunda dəyirmi masa keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Dəyirmi masanı institutun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı açıb. İnstitutun Ermənişünaslıq şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə “Ermənistan və xarici ölkələrdəki araşdırma mərkəzlərinin tədqiqatlarında Naxçıvana əsassız iddiallar (1991-2024-cü illər)” mövzusunda məruzə edib. Məruzəçiyə suallar verilib və müzakirələr aparılıb.

Xəbər lenti