Logo

“Elm” qəzetinin növbəti sayı işıq üzü görüb

09.02.2024 10:51 105 baxış
IMG

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, qəzetin ön səhifəsində “İlham Əliyev seçicilərin 92,05 faizinin səsini qazanaraq seçkilərin qalibi olub” xəbəri yer alıb.

Nəşrin ikinci səhifəsində “Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndidə səs veriblər” başlıqlı xəbər, eləcə də AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin, AMEA-nın vitse-prezidentləri akademik Rasim Əliquliyev və akademik İradə Hüseynovanın prezident seçkiləri ilə bağlı müsahibələri dərc edilib.

Qəzetdə AMEA-da Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi konfrans haqqında yazı, o cümlədən “Akademik İsa Həbibbəyli Rusiya Elmlər Akademiyasının 300 illiyi münasibətilə təbrik məktubu ünvanlayıb” başlıqlı məktub dərc olunub.

Bügünkü sayda Akademiyanın yeni loqotipinin hazırlanması ilə bağlı müşavirə, “Akademiyada yeniləşmə hərəkatı genişlənir” və “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü ilə bağlı yazılar, yeni nəşlər, “Ömrünü “yaşıl dünya”nın sirlərinə həsr etmişdi”, “AMEA – Azərbaycanın elmi yaddaş və intellektual məkanı”, “Həyatın təməl meqafazası və ya insan teatrı kainat teatrının bir səhnəsi kimi” və “Türkiyədə fikir adamlarından Əhməd Ağaoğlu” başlıqlı məqalələrlə tanış ola bilərsiniz.

Qəzetin rus və ingilis dili bölməsində AMEA-nın ötən həftə ərzində fəaliyyətinə dair yazılar, AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyevin müəllifi olduğu məqalə, həmçinin son elmi yeniliklərə dair informasiyalar yer alıb.

Xəbər lenti