Logo

BDU-da "Qarabağ Azərbaycandır!" adlı tədbir keçirilib

06.04.2021 15:42 53 baxış
IMG

Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (BDU THIK) təşkilatçılığı ilə Biologiya fakültəsində 44 günlük Vətən müharibəsinin Zəfər Gününə həsr olunmuş "Qarabağ Azərbaycandır!" adlı onlayn tədbir keçirilib.

 

Tədbirdə şəhid ailələri - General Polad Həşimovun bacısı Kəmalə Həşimova, Cəbrayıl Dövlətzadənin xalası oğlu Cavid Hacılı, Xudayar Yusifzadənin anası Radə Qurbanova və Nicat Tarıverdiyevin anası Şükran Faruk qızı, qazilərimiz - baş leytenant Namiq Seyfəddinli, əsgər könüllü Turan Hüseynli və Aprel döyüşlərinin iştirakçısı Afiyəddin Əliyev iştirak edib. Qonaqlar çıxışlarında tədbir iştirakçılarını parlaq qələbə münasibətilə təbrik edib, əsgərlərimizin qəhrəmanlığından, vətən sevgisindən, göstərdikləri rəşadətdən danışıblar.


Biologiya fakültəsinin THİK sədri Əbülfət İsmayılov və sədr müavini Sevinc Mirzəyeva Azərbaycanın Müzəffər Ordusunun zəfər yürüşü, Qarabağın, əzəli torpaqlarımızın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi haqqında məlumat veriblər.

Xəbər lenti