Logo

BDU-da elmi seminar keçirilib

09.02.2024 11:47 200 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasında “Təkrar doldurula bilən natrium-ion batareyalarının perspektivləri” mövzusunda elmi seminar keçirilib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Laboratoriyanın elmi işçisi Almara Rəhimli təkrar doldurula bilən natrium-ion batareyaları, onun litium-ion batareyalarından üstünlükləri, onların parametrləri, oxşar və fərqli cəhətləri, bu sahədə ən son yeniliklər barədə məlumat verib.

O qeyd edib ki, natrium-ion batareyalarının strukturu müxtəlif elektron cihazlarda geniş istifadə olunan litium-ion batareyalarına bənzəyir, lakin enerji saxlamaq üçün litium ionları əvəzinə natrium ionlarından istifadə olunur. Natrium-ion batareyalarının litium-ion batareyalarından üstünlüyü natriumun qeyri-məhdud tədarükü səbəbindən istehsal xərclərinin aşağı olmasıdır. Onlar həm də natrium-kükürdlü batareyalardan fərqli olaraq, litium-ion batareyalarına oxşar ölçülərdə hazırlana bilirlər. Natrium-ion batareyalarında anod qismində istifadə edilən materiallar natrium ilə qarşılıqlı təsir zamanı orijinal ölçülərinin 400-500 faizinə qədər şişir, mexaniki zədələnməyə və elektrik kontaktının itməsinə səbəb olur. Son zamanlar natrium-ion batareyalarının mənfi elektrodu üçün yeni növ qrafit layların tətbiqinə dair tədqiqatlar aparılır və bu tip batareyaların litium-ion batareyalarını əvəz etməsinə ümid artır.

Seminarda iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

Xəbər lenti