Logo

Xalq şairinin məktəblilərlə görüşü olacaq

09.02.2024 12:04 112 baxış
IMG

“Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək. Görüş fevralın 12-də paytaxtdakı 321 nömrəli tam orta məktəbdə baş tutacaq.

Tehsil.biz xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Xalq şairi Vahid Əziz olacaq.  

Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, mütaliə mədəniyyəti, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

Xəbər lenti