Milli Kitabxanada “Naxçıvan Muxtar Respublikası-100” adlı geniş kitab sərgisi təşkil edilib.
Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, sərgidə rəsmi sənədlər, Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı, Naxçıvanın tarixi, arxeologiyası, folklor örnəkləri, təbiəti, ədəbi mühiti, tarixi şəxsiyyətləri, ziyalıları və sair mövzularda, həmçinin 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı igid oğulların qəhrəmanlığından bəhs edən Azərbaycan və digər dillərdə ədəbiyyatlar nümayış olunur.
Sərgi 1 həftə davam edəcək.
Prezident İlham Əliyev tərəfindən 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı Naxçıvanın zəngin dövlətçilik tariximizdə, ölkəmizin inkişafında mühüm yer tutduğunun göstəricisidir.
Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və şərəfli bir yol qət edib. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynayıb.