Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya və Mexanika-riyaziyyat fakültələrinin əməkdaşları üçün tələbəyönlü tədrisin təşkilinə dair təlim təşkil olunub.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Fakültələrin akademik, inzibati və tədris köməkçi heyətinin iştirak etdiyi təlimdə rektorun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov çıxış edib.
Təlimdə tələbəyönlü və kompetensiya əsaslı tədrisin təşkilinə dair geniş məlumat verilib. Sonra iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, təlim silsilə olaraq digər fakültələrdə də keçiriləcək.