Logo

Gənc tədqiqatçıların VIII beynəlxalq elmi konfransı” keçiriləcək

09.02.2024 16:08 191 baxış
IMG

Aprelin 26-27-də Bakı Mühəndislik Universitetində (BMU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların VIII beynəlxalq elmi konfransı” keçiriləcək.

Universitetdən "Tehsil.biz"ə bildirilib ki, Elm və Təhsil Nazirliyi, BMU və Gömrük Akademiyasının birgə təşkilatçılığı ilə gerçəkləşdiriləcək konfrans dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyət və təcrübələri bölüşmək, eləcə də gənclərin elmə marağını artırmaq məqsədi daşıyır.

Beynəlxalq tədbir mühəndislik, xarici ticarət və gömrük xidməti, memarlıq və inşaat, təbiət, iqtisadiyyat, filologiya, pedaqogika, hüquq, tarix və sosiologiya seksiyaları üzrə təşkil olunacaq.

Təşkilat Komitəsi tərəfindən seçilmiş və konfransa təqdim olunmuş məqalələr konfransın materialları toplusunda nəşr ediləcək.

Xəbər lenti