Logo

Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib

09.02.2024 17:06 157 baxış
IMG

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında Gənc Alim və Mütəxəssislər Şurasının astroseminarı keçirilib. Seminarda, həmçinin Batabat Rəsədxanasının, V.Q.Fesenkov adına Astrofizika İnstitutunun astronomları iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə rəsədxanadan məlumat verilib.

Seminarda V.Q.Fesenkov adına Astrofizika İnstitutunun Ulduz və dumanlıqlar fizikası laboratoriyasının aparıcı elmi işçisi Saule Somsekova “IRAF proqram paketi vasitəsilə yüksək ayırdetməli bir tərtibli spektrlərin emalı metodikası” mövzusunda məruzə ilə çıxış edib.

Təqdim olunan işdə Milli Optik Astronomiya Rəsədxanası (NOAO) tərəfindən hazırlanmış ümumi təsvirlərin işlənməsi və qrafik tətbiqləri, həmçinin astronomik məlumatların emalı və təhlili üçün istifadə olunan IRAF proqram paketi vasitəsilə yüksək ayırdetməli bir tərtibli spektrlərin emalı metodikası şərh olunub və əyani olaraq göstərilib. Spektr nümunəsi kimi 2023-cü il avqustun 15-də Şamaxı Astrofizika Rəsədxanasında 2 metrlik teleskopun Kasseqren fokusunda quraşdırılmış UAGS + Andor spektroqrafı vasitəsi ilə alınmış NGC 3516 qalaktikasına aid spektrdən istifadə olunub. İşdə, həmçinin tədqiq olunan obyektin spektrində enerji paylanmasının mütləq enerji vahidləri ilə ifadəsi göstərilib.

Xəbər lenti