Logo

İranda tələbəyə ağır həbs cəzası verilib

09.02.2024 17:32 179 baxış
IMG

Siyasi baxışlarına görə Təbrizin “Şəhid Mədəni” Universitetindən qovulan güneyli tələbə fəal Armita Pavir Azərşəhr İnqilab Məhkəməsi tərəfindən ümumilikdə 22 ay 17 gün həbs cəzasına məhkum edilib.

Tehsil.biz xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı xəbər yayıb.

Məlumata görə, güneyli tələbəyə rəhbəri (Xameneini) təhqir etmək ittihamı ilə 7 ay 16 gün, “dövlət quruluşu əleyhinə təbliğat aparmaq ittihamı ilə isə 15 ay 1 gün həbs cəzası verilib.

Xatırladaq ki, psixoloji işgəncələr və ağır məhdudiyyətlər altında həbsdə olan Armita Pavir daha öncə göyərtəsində 176 sərnişin olan Ukrayna sərnişin təyyarəsinin 2020-ci il yanvarın 3-də Tehran səmasında SEPAH tərəfindən raketlə vurulmasına etiraz etdiyinə görə bir il müddətinə təhsildən məhrum edilmişdi.

Xəbər lenti