Logo

BDU-nun Qazax filialında qış imtahan sessiyası başa çatıb

09.02.2024 17:59 93 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 2023-2024-cü tədris ilinin qış imtahan sessiyası uğurla başa çatıb.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

İmtahan sessiyası müddətində tələbələrin müraciətlərinin qəbulu, araşdırılması və biliklərinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədilə Operativ Qərargah, Apellyasiya Komissiyası və “Qaynar xətt” fəaliyyət göstərib. Sessiya ərzində daxil olan müraciətlər operativ araşdırılıb.

Filialın direktoru Arif Rüstəmov imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olub, tələbələri maraqlandıran sualları cavablandırıb.

Filialda imtahanlar 16 ixtisas üzrə iki növbədə keçirilib. Sessiyada bakalavriat səviyyəsi üzrə 1497, magistratura səviyyəsi üzrə 29 nəfər imtahan verib. İmtahanlarda tələbələrin 98,07 faizi iştirak edib. Müvəffəqiyyət göstəricisi bakalavriat səviyyəsi üzrə 80, magistratura səviyyəsi üzrə 100 faiz olub.

Xəbər lenti