Logo

UNEC ilə Qazaxıstan Agentliyi arasında əməkdaşlıq imkanları müzakirə olunub

09.02.2024 18:49 166 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Keyfiyyət təminatı şöbəsi tərəfindən ixtisasların beynəlxalq akkreditasiyası ilə bağlı işlər davam edir.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, strateji hədəflərin icrası məqsədilə ilkin olaraq, Keyfiyyət təminatı şöbəsi ilə Qazaxıstanın Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin (IAAR) rəhbərləri arasında əməkdaşlıq istiqamətində görüş keçirilib.

Görüşdə UNEC-in və Zaqatala filialının bəzi ixtisaslarının beynəlxalq akkreditasiyasını təmin etmək məqsədilə müzakirələr aparılıb.

2011-ci ildə əsası qoyulmuş Müstəqil Akkreditasiya və Reytinq Agentliyi təhsilin keyfiyyətinin təminatı üzrə aparıcı beynəlxalq akkreditasiya agentliyidir. IAAR Ali Təhsildə Keyfiyyət Təminatı üzrə Avropa Assosiasiyasının (ENQA) tamhüquqlu üzvüdür.

Xəbər lenti