Təhsil Ekspertləri Mərkəzi bu gün Aərbaycanda uzun illər təhsil nazirləri olmuş akademik Mehdi Mehdizadənin və Lidia Rəsulovanın II Fəxri Xiyabanda məzarlarını ziyarət ediblər.
Mərkəzdən "Tehsil.biz"ə verilən məlumata görə, daha sonra görüş mərkəzin ofisində davam edib.
Görüşdə Təhsil Ekspertləri Mərkəzinin ilkin dövr üçün fəaliyyət planı və tərəfdaş qrumlarla əməkdaşlıq məsələləri, həmçinin təhsilin fundamental problemlərinin yaranma səbəbləri və onların aradan qaldırılması yolları müzakirə edilib.