Logo

Mahnı Teatrında konsert proqramı təqdim olunub - FOTO

09.02.2024 20:32 170 baxış
IMG

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında konsert proqramı təqdim olunub.

Teatrdan "Tehsil.biz"ə bildirilib ki, konsertdə Xalq artistləri Gülyaz Məmmədova, Heydər Anatollu, solistlər Aynur İsgəndərli, Ayşən Mehdiyeva, Rövşən Qəhrəmanov, Fəxri Kazım- Nicat və Ramazan Şərifzadə xalq və bəstəkar mahnılarından ibarət musiqi çələngi təqdim ediblər.

Xalq artistləri çıxışlarında bir vətəndaş kimi 44 günlük Vətən müharibəsində xalqımıza Zəfər qazandırmış Prezidentimiz və vətənimiz Azərbaycanla fəxr etdiklərini dilə gətiriblər.

Şən, şux ifalarla davam edən gecədə müğənniləri Dövlət Mahnı Teatrının instrumental ansamblı müşayiət edib.

Xəbər lenti