Logo

Türkiyənin ilk astronavtı Yerə qayıdıb

09.02.2024 22:30 126 baxış
IMG

Türkiyəli astronavt Alper Gezeravcının da daxil olduğu Ax-3 kosmik heyəti Yer planetinə qayıdıb.

Tehsil.biz xəbər verir ki, heyəti daşıyan Draqon kaplusu Yerə eniş edib. Hazırda astronavtların kapsuldan çıxışları gözlənilir.

Xatırladaq ki, Alper Gezeravcı da daxil olmaqla, “SpaceX AX-3” kommersiya missiyasının ekipajı 2024-cü il yanvarın 18-də “Crew Dragon” kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya uçmuşdu. Türkiyəli astronavt missiyanın mütəxəssisi qismində kosmosda 14 elmi təcrübə aparıb.

Xəbər lenti