Logo

BDU-da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun əməkdaşları ilə görüş olub - FOTO

10.02.2024 11:16 214 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Elmi Fəaliyyətin Təşkili və İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə Coğrafiya fakültəsinin professor-müəllim heyəti və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Münasibətlərin Məkan Təhlili Mərkəzinin direktoru İqor Okunev, elmi işçiləri Yevgeniya Zaxarova, Lidiya Jirnova, German Ostapenko və Müqayisəli politologiya kafedrasının baş elmi işçisi Marianna Şestakova arasında görüş olub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Görüşdə çıxış edən Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov fakültənin strukturu, elmi-tədris fəaliyyəti haqqında məlumat verib, BDU-nun Rusiya universitetləri ilə elmi-pedaqoji əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Qeyd edilib ki, BDU xarici ölkə universitetləri ilə elmi-pedaqoji əlaqələrin qurulmasına, ikili diplom proqramlarının tətbiqinə önəm verir. Bu baxımdan Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə siyasi coğrafiya sahəsində mütəxəssis hazırlığı istiqamətində əməkdaşlıq uğurlu nəticələr verə bilər.

Sonra nümayəndə heyətinin rəhbəri, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq Münasibətlərin Məkan Təhlili Mərkəzinin direktoru İqor Okunev rəhbərlik etdiyi qurumda yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verib.

BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasının müdiri Çingiz İsmayılov, Azərbaycan coğrafiyası və coğrafiyanın tədrisi metodikası kafedrasının müdiri Saleh Nağıyev, Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının müdiri Aydın İbrahimov, kafedranın dosenti İradə Əhmədova, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Müqayisəli politologiya kafedrasının baş elmi işçisi Marianna Şestakova çıxışlarında Siyasi coğrafiya fənninin tədrisinin önəmini vurğulayıb, əməkdaşlıq istiqamətində təkliflərini səsləndiriblər.

Xəbər lenti