Logo

Mədəniyyət Nazirliyində Mərakeşin media təmsilçiləri ilə görüş keçirildi - FOTO

10.02.2024 13:20 273 baxış
IMG

Mədəniyyət Nazirliyində ölkəmizdə səfərdə olan Mərakeş Krallığının nüfuzlu media orqanlarının təmsilçilərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə Mərakeşin “Məqrib ərəb press” agentliyinin redaktoru Mohammed Asvab, “L’Opinion” nəşrinin redaktoru Anass Machloukh, “Le Matin” dərgisinin redaksiya direktoru Souhail Nhaili və bu ölkənin bir sıra digər media nümayəndələri iştirak ediblər.

Qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli ölkəmizin qədim və zəngin mədəniyyəti haqqında məlumat verib, həmçinin Azərbaycanla Mərakeş Krallığı arasında mədəni əlaqələrdən danışıb.

Bildirilib ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Şuşa şəhəri ICESCO tərəfindən 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu il eyni zamanda Mərakeş Krallığının Mərakeş şəhəri də “İslam dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirir. “Paytaxt ili” çərçivəsində birgə fəaliyyət barədə məsələlər müzakirə olunub.

Xəbər lenti