Logo

İnklüziv cəmiyyət naminə yeni layihələrə başlanılır

10.02.2024 14:41 259 baxış
IMG

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi eşitmə və nitq məhdudiyyəti olan şəxslərin hüquqlarının təmin edilməsi, onların cəmiyyətə inteqrasiyası, işarət dilindən istifadənin tanınması və həvəsləndirilməsi məqsədilə gələn həftədən etibarən “Surdo-İnfo” və “İnklüziv cəmiyyət üçün birlikdə öyrənək!” adlı layihələrə start verir.

Nazirlikdən "Tehsil.biz"ə verilən məlumata görə, hər həftənin cümə axşamı nazirliyin rəsmi sosial şəbəkə hesablarında yayılması nəzərdə tutulan “Surdo-İnfo” informasiya sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə təmin edilmək məqsədi daşıyır. Eşitmə və nitq məhdudiyyəti olan şəxslər artıq nazirliyin fəaliyyət istiqamətləri üzrə məlumatları surdotərcüməçi vasitəsilə əldə edə biləcəklər.

“İnklüziv cəmiyyət üçün birlikdə öyrənək!” adlı digər layihə isə hər həftənin çərşənbə axşamı sosial şəbəkə izləyiciləri üçün yeni dil – işarət dilinin onlayn tədrisinə başlayacaq.

Qeyd edək ki, işarət dili eşitmə və danışma məhdudiyyəti olan insanlarla ünsiyyət qurmaq üçün istifadə olunur. Həmin rubrika vasitəsilə hər kəs işarət dilini sıfırdan öyrənmə imkanı qazanacaq.

Xəbər lenti