Logo

Naxçıvanda ilk dəfə “Yaşıl məktəb” layihəsi həyata keçiriləcək

10.02.2024 15:10 339 baxış
IMG

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan "Yaşıl məktəb" layihəsi həyata keçiriləcək.

Təhsil Nazirliyinin mətbuat xidmətindən "Tehsil.biz"ə bildirilib ki, "Yaşıl məktəb" layihəsinə fevralın 15-dən start veriləcək və dekabrın sonuna qədər olan dövrü əhatə edəcək.

Layihə çərçivəsində muxtar respublikanın ümumtəhsil müəssisələrinin ərazilərində reylefə uyğun 10 min meyvə və dekorativ ağacların əkilməsi nəzərdə tutulur.

Ağacəkmə aksiyaları könüllü olaraq tədris müəssisələrinin

kollektivlərinin, valideynlərin, həmçinin könüllülərin və digər ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, “Yaşıl məktəb” layihəsinin məqsədi ətraf mühitin qorunması, şagird və tələbələrdə təbiətə qayğı hissini, ekoloji mədəniyyəti və maarifləndirməni inkişaf etdirməkdən ibarətdir.

Xəbər lenti