Logo

İdarə müdiri "Sabahın alimləri" XIII Respublika Müsabiqəsində iştirak hüququ qazanan şagirdlərlə görüşüb - FOTO

10.02.2024 15:58 149 baxış
IMG

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev "Sabahın alimləri" XIII Respublika Müsabiqəsində iştirak etmək hüququ qazanmış şagirdlərlə görüşüb. 

Tehsil.biz xəbər verir ki, görüşdə həmçinin həmin şagirdlərin təhsil aldıqları ümumtəhsil məktəblərinin direktorları və sektor müdirləri iştirak ediblər. 

İdarə müdiri şagirdləri təbrik edərək, onlara uğurlar arzulayıb. Şagirdlər isə öz növbəsində növbəsində işlərini təqdim ediblər. 

Qeyd edək ki, “Sabahın alimləri” XIII Respublika Müsabiqəsi çərçivəsində Gəncə şəhər 24 nömrəli tam orta məktəbin X sinif şagirdi Elvin Məmmədov (elmi rəhbər Sevil İsmayılova) və Göygöl şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi Fidan Abbasova və XI sinif şagirdi İlkin Əliyev (elmi rəhbər Nailə Məmmədova) layihələri sərgiyə qəbul olunan layihələr olaraq müəyyənləşmişdir.

Xəbər lenti