Logo

“Rəhbər vəzifəli şəxslər üçün liderlik və insan resurslarının idarə edilməsi” mövzusunda təlim keçirilib

10.02.2024 16:52 246 baxış
IMG

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar 8 - 9 fevral 2024-cü il tarixlərində Dövlət İmtahan Mərkəzinin inzibati binasında təlimçi Anar Həsənov tərəfindən Bakı şəhərində yerləşən mərkəzi icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçları üçün “Rəhbər vəzifəli şəxslər üçün liderlik və insan resurslarının idarə edilməsi” mövzusunda təlim keçirilib.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən bildirilib.

​​Təlim zamanı iştirakçılar proseslərin idarə edilməsi , iş bölgüsü, komanda quruculuğu və s. mövzularında nəzəri və praktiki biliklərə yiyələniblər.

Xəbər lenti