Logo

DİM-də hazırlıq kurslarının üçüncü məşğələləri keçirilib

10.02.2024 22:27 194 baxış
IMG

Dövlət İmtahan Mərkəzində (DİM) Fənlər üzrə buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının üçüncü məşğələləri keçirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

Hazırlıq kursları həm əyani, həm də onlayn formada keçirilib.

Moderatorlar – Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov, riyaziyyat fənni üzrə Aqşin Abdullayev, informatika fənni üzrə Fikrət İbiyev, ingilis dili fənni üzrə Nərminə Əliyeva, rus dili fənni üzrə Viktoriya Ələkbərova, kimya fənni üzrə Elşad Abdullayev və tarix fənni üzrə Hafiz Cabbarov cavabı yazı ilə ifadə olunan tapşırıqlar və onların qiymətləndirmə meyarlarının hazırlanması ilə bağlı təqdimatla çıxış ediblər.

Hazırlıq kurslarının dördüncü məşğələləri növbəti həftə keçiriləcəkdir.

 

Xəbər lenti