Logo

Abituriyentlər informatika və coğrafiya fənləri üzrə sınaq imtahanı veriblər

11.02.2024 16:06 205 baxış
IMG

Fevralın 11-də Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə qəbul üzrə sınaq imtahanında I ixtisas qrupu üzrə RK və Rİ, III ixtisas qrupu üzrə isə DT və TC altqruplarının hər ikisini seçmiş abituriyentlər üçün müvafiq olaraq informatika və coğrafiya fənləri üzrə əlavə imtahan keçirib.

Mərkəzdən "Tehsil.biz"ə bildirilib ki, imtahanın nəticələri fevralın 18-də keçirilmiş sınaq imtahanının nəticələri ilə bir yerdə elan olunacaq.

Xəbər lenti