Logo

İRİA və KOİCA-nın təlimlərində ADNSU-nun 3 müəllimi uğurla iştirak edib - FOTO

11.02.2024 18:52 169 baxış
IMG

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOİCA) birgə təlim proqramlarından 40-dan çox startapçı və startap mentoru məzun olub.

Tehsil.biz xəbər verir ki,  “SAP” proqramının məzunu olan 10 ən yaxşı startap komandası və “TTT” proqramının məzunu 3 ən yaxşı mentoru “Samsung Galaxy Tab S9” planşeti ilə mükafatlandırılıb.

Qeyd edək ki, 3 ən yaxşı mentorlardan biri ADNSU-nün "Mexanika" kafedrasının müəllimi Mahmud İsmayılov olub.

Yanvarın 8-dən fevralın 6-dək həyata keçirilən TTT proqramında isə “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müəllimi Afruz Niftalıyeva, "Mexanika" kafedrasının müəllimi Mahmud İsmayılov və Rəqəmsal İnkişaf və İnnovasiyalar Mərkəzi "Araşdırma və təhlil" bölməsinin rəhbəri Aysel Sadıqova kursu uğurla başa vuraraq sertifikatlar alıblar.

Xəbər lenti