Logo

Kamerunda partlayış baş verib, məktəblilər ölüb

11.02.2024 19:22 190 baxış
IMG

Kamerunun şimal-qərbində Milli Gənclər Gününün qeyd edilməsi zamanı partlayış baş verib.

Tehsil.biz TASS-a istinadən xəbər verir ki, hadisə Nkamba şəhərində qeydə alınıb.

Yerli polis partlayış nəticəsində məktəblilər arasında çoxlu sayda insan tələfatının olmasından ehtiyat edir. Onların sayı açıqlanmır.

Bildirilir ki, Kamerunun qərbində ingilisdilli ərazilər əsasında öz dövlətini yaratmağa çalışan separatçı təşkilat fəaliyyət göstərir. İnsidentdə məhz bu qurumun əli olduğu güman edilir.

Xəbər lenti