Logo

ATU rektoru qazaxıstanlı magistrantlarla görüşüb

11.02.2024 22:14 171 baxış
IMG

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ATU-da praktikada olan qazaxıstanlı magistrantlarla görüşüb.

Bu barədə "Tehsil.biz"ə ATU-dan bildirilib.

Marat Ospanov adına Qərbi Qazaxıstan Tibb Universitetinin 8 magistrantı ilə görüşdə rektor G.Gəraybəyli universitetlər arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin səviyyəsini yüksək qiymətləndirdiyini bildirib. O, digər ölkələrin universitetləri ilə icra olunan ortaq təşəbbüs və layihələr, ATU-nun əcnəbi tələbələrə verdiyi imkanlar haqqında da qonaqları bilgiləndirib.

Magistrantlar yaradılan şərait üçün ATU rəhbərliyinə təşəkkür edərək buradakı təcrübə ilə bağlı təəssüratlarının açıqlayıblar. Qonaqlar ATU-da praktikada olduqları 14 gün ərzində Patoloji anatomiya, Sitalogiya, Embriologiya, Histologiya, Epidemiologiya, Qidalanma, Uşaq xəstəlikləri, Ailə təbabəti, Əczaçılıq və digər kafedralarda olduqlarını, universitetin klinikalarında işlədiklərini bildiriblər.

Görüşdə ATU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, İctimai Səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Günel Aslanova, Beynəlxalq əlaqələr şöbəsinin koordinatorları iştiak ediblər.

Qeyd edək ki,  Marat Ospanov adına Qərbi Qazaxıstan Tibb Universitetinin 8 magistrantı – Nurbek Azbergenov, Zarina Jaksıbay, Elmira Xayrullina, Dayana Almurzayeva, Dinara Bekbolatqızı, Gulmariya Sadenova, Jansaya Kereyeva, Ayna Akbasova ATU-da iki həftə ərzində təcrübə proqramında iştirak ediblər.

Xəbər lenti