Logo

Rusiyada kollec tələbəsi şagirdi güllələyib

11.02.2024 22:38 178 baxış
IMG

Rusiyanın Tümen vilayətində kollec tələbəsi ov tüfəngi ilə 14 yaşlı məktəblini güllələyib.

"Tehsil.biz"in tsargrad.tv-yə istinadən məlumatına görə, insident İşim çayının sahilində baş verib. Yaxınlıqdakı kəndlərdən birində yaşayan İşim Texnikumunun 2-ci kurs tələbəsi kənd məktəbinin 8-ci sinif şagirdini ov tüfəngi ilə sinəsindən güllələyib. Sonradan məlum olduğu kimi, silah qeydiyyata alınmayıb.

Çay sahilində baş verənlərlə bağlı detallar aydınlaşdırılır. Hələlik hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səhlənkarlıq ucbatından baş verdiyini ehtimal edirlər.

Tələbə barəsində cinayət işi açılıb. Onun barəsində heç bir qabaqlayıcı tədbir seçilməyib. Xəsarət alan şagird isə xəstəxanadadır.

Həmçinin oxuyun: Rusiyada məktəbin damı çöküb

Xəbər lenti