Logo

VEX Robotics yarışmasının ölkə turnirinə qeydiyyat başlanıb

12.02.2024 09:50 233 baxış
IMG

VEX Robotics yarışmasının VEX IQ və VEX V5 kateqoriyaları üzrə Azərbaycan turnirinə qeydiyyat başlanıb.

Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, qeydiyyat www.steam.edu.az portalı üzərindən fevralın 13-ü saat 12:00-a qədər davam edəcək.

Ölkə turniri fevralın 23-24-də keçiriləcək. Qeydiyyat prosesində VEX IQ üzrə 10-15 yaşlı (mayın 1-nə qədər 16 yaşı tamam olmayan), VEX V5 üzrə 14-17 yaşlı (mayın 1-nə qədər 18 yaşı tamam olmayan) şagirdlərdən ibarət komandalar iştirak edə bilər.

Qeydiyyat bitdikdən sonra komandalara ətraflı məlumat veriləcək.

Xəbər lenti