M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində dahi rus bəstəkarı Nikolay Andreyeviç Rimski-Korsakovun 180 illiyinə həsr olunmuş konsert keçirilib.
Tehsil.biz xəbər verir ki, konsert Xalq artisti, dirijor Yalçın Adıgözəlovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə təqdim edilib.
Bəstəkarın “Şəhrizad” simfonik Süitası op.35, “Mlada” opera-baletindən “Yürüş”, “Çar gəlini” operasından “Marfa və Qryaznoyun ariyası”, “İspan kapriççiosu” op.34 adlı əsərləri səsləndirilib.
Konsertin solistləri respublika və Beynəlxalq müsabiqələr laureatları Fatimə Cəfərzadə və Mahir Tağızadənin ifaları dinləyicilərin alqışları ilə qarşılanıb.