Logo

Fevralın 18-də sınaq imtahanında iştirak edəcək abituriyentlərin NƏZƏRİNƏ

12.02.2024 11:55 157 baxış
IMG

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 18 fevral 2024-cü il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı keçiriləcək.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki. abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.   

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

Xəbər lenti