Logo

Emin Əmrullayev Beyləqan rayonunda vətəndaşlarla görüşəcək

12.02.2024 13:12 178 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayev fevralın 23-də Beyləqan rayonunda vətəndaşlarla görüşəcək.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinləri iştirak edə bilərlər.

Adları çəkilən rayonların sakinləri fevralın 14-ü saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146–2 və 146–6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytından elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Xəbər lenti