Logo

Rəsulzadənin anadan olmasının 140 illiyi ilə bağlı elmi sessiya keçiriləcək

12.02.2024 13:40 178 baxış
IMG

Fevralın 16-da AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Məhəmməd Əmin Rəsulzadənin yaradıcılığında dil məsələləri” mövzusunda elmi sessiya keçiriləcək.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, sessiya görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr edilib. Tədbirdə “Məhəmməd Əmin Rəsulzadənin ana dili sevgisi”, “Məhəmməd Əmin Rəsulzadə və ədəbi dilimiz”, “Məhəmməd Əmin Rəsulzadənin publisistikasının dili və üslubu” mövzularında məruzələr dinləniləcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.

Xəbər lenti