Logo

Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib - FOTO

12.02.2024 13:55 180 baxış
IMG

Fevralın 12-də Milli Məclisin Elm və təhsil komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Tehsil.biz"ə bildirilib ki, iclası açan komitə sədri Bəxtiyar Əliyev ölkəmizdə keçirilmiş prezident seçkiləri barədə danışıb, azad, demokratik, şəffaf seçkilərdə xalqımızın öz iradəsərbəst şəkildə sini ifadə edərək, Azərbaycanın xoşbəxt gələcəyinə, müstəqil, qüdrətli dövlət kimi inkişafına səs verdiyini vurğulayıb.

Sonra iclasın gündəliyi barədə məlumat verən komitə sədri gündəlikdə bir məsələ - Mülki Prosessual Məcəllədə, Cinayət-Prosessual Məcəllədə, İnzibati Xətalar Məcəllədə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik olunması barədə qanun layihəsi üçüncü oxunuşda daxil edildiyini bildirib.

Diqqətə çatdırılıb ki, qanun layihəsi məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və məişət zorakılığından zərər çəkmiş şəxslərin hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə hazırlanıb.

Bəxtiyar Əliyev diqqətə çatdırıb ki, sənəddə "Təhsil haqqında" Qanuna 11.3-2-ci maddənin əlavə edilməsi təklif olunur. Əlavəyə əsasən, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa təhsil alanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzular daxil edilir.

Onlayn iclasda təqdim edilən qanun layihəsi üçüncü oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbər lenti