Logo

Fənn olimpiadalarında iştirak üçün qeydiyyatdan keçən şagirdlər buraxılış vərəqəsini çap edə bilərlər

12.02.2024 14:56 164 baxış
IMG

Bu gündən etibarən respublika fənn olimpiadalarında iştirak üçün qeydiyyatdan keçən şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinə daxil olaraq buraxılış vərəqələrini yükləyə və çap edə bilərlər.

Bu barədə "Tehsil.biz"ə Təhsil İnstitutundan bildirilib.

Qeyd edilib ki, fənn olimpiadalarının yarımfinal turu informatika fənni üzrə fevralın 17-də (8-9-cu siniflər) və 18-də (10-11-ci siniflər), digər fənlər üzrə isə fevralın 24-də əvvəlcədən müəyyənləşdirilən mərkəzlərdə keçiriləcək.

Şagirdlər buraxılış vərəqələrinin şəxsi kabinet vasitəsilə əldə olunması ilə bağlı yaranan hər hansı çətinliklə əlaqədar təhsil aldıqları ümumtəhsil müəssisələrinə müraciət edə bilərlər.

Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, eləcə də şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.

Xəbər lenti