Logo

Monqolustanlı alim diabetin arı zəhəri ilə müalicə metodunu işləyib hazırlayıb

12.02.2024 15:10 103 baxış
IMG

Monqolustandan olan Solonqo Qanbold xəstəliklərin müalicəsində arı zəhərindən istifadə imkanlarını öyrənir. Elmi araşdırmalar və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) aqrosahibkarlar üçün Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirdiyi müsabiqələrdə iştirak Solonqonu öz şəxsi işini inkişaf etdirməyə həvəsləndirib.

Tehsil.biz bu barədə BMT-nin saytına istinadla xəbər verir.

Solonqo Qanbold ömrü boyu insanlara kömək etməyə çalışır. İxtisasca iqtisadçı olan Solonqo mikrobiologiya ilə dərhal məşğul olmayıb. Doktorluq dissertasiyası üçün tədqiqat aparan anasına kömək etdikdən sonra bu elmi bilik sahəsi onun diqqətini çəkib. Xüsusilə də onu diabetli pasiyentlərin müalicəsində arı zəhərinin (apitoksin) tətbiqi imkanları maraqlandırırdı. Bu ideya, eləcə də yuxarıda adıçəkilən müsabiqə öz işini inkişaf etdirməyə onda maraq doğurub.

Analıq məzuniyyəti dövründə Solonqo arı zəhərinin müalicəvi xüsusiyyətlərinə diqqət ayırıb.

O, apitokson barədə daha çox öyrəndikcə, arı zəhəri əsasında ağrıkəsici və bərpaedici balzamlar və məlhəmlər kimi qabaqcıl məhsulların işlənib hazırlanması üçün əldə etdiyi elmi biliklərin imkanlarını daha çox görürdü. Bax beləcə, “Magic Bee Foods” startapı yarandı, hər bir startapa məxsus çətinliklərə baxmayaraq, sahibkar qadın onu möhkəm inkişaf etdirdi.

Solonqonun müəssisəsində dönüş nöqtəsi məqsədləri kənd təsərrüfatı sektorunda innovasiyaları və sahibkarlığı dəstəkləyən, bu sektorun problemləri üçün həllər təklif edən çox ümidlverici startapların axtarışında olan aqrosahibkarlar üçün müsabiqədə iştirak oldu.

Solonqonun sözlərinə görə, məhz müsabiqədə iştirak onu arı zəhəri əsasında digər məhsulların tədqiqinə və işlənib hazırlanmasına vadar edib.

Solonqo öz startapının müsabiqədə mükafat qazanması hesabına gənc müəssisəyə kuratorluq etməyə başlayan təcrübəli biznesmenlərdən dəyərli vərdişlər öyrənə bildi və istehsal proseslərinin qismən avtomatlaşdırılmasına maliyyə vəsaiti aldı.

Nəticədə, nəhayət ki, biznes yüksəlməyə başladı, Solonqonun öz işi ilə tək məşğul olduğu vaxtlar ilə müqayisədə satışlar təxminən 16 dəfə artdı.

Hazırda Solonqonun komandası arı zəhəri əsasında yeni məhsulların tədqiqini aparmaq və onların işlənib hazırlanması üzərində fəal işləyir. Eyni zamanda, Solonqo biotexnologiya üzrə magistr dərəcəsi almaq çərçivəsində süd vəzisi xərçəngi zamanı şişlərin inkişafının qarşısının apitoksin tərəfindən necə alınmasını anlamaq və xərçəng xəstəliklərinin terapiyasında ənənəvi yanaşmalara əlavə olunacaq faydalı müalicə metodikasını işləyib hazırlamaq üçün arı zəhərinin müalicəvi potensialını tədqiq edir.

Xəbər lenti